ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını yenilədi

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını yenilədi

Dünya

26 Yanvar 2023 20:04 386


ABŞ Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı sanksiyaları növbəti dəfə genişləndirib.

Yenisabah.az xəbər verir ki, Maliyyə Nazirliyinin yenilənmiş sanksiyalar siyahısına Rusiya baş nazirinin müavini, ölkənin sənaye və ticarət naziri Denis Manturov, Tatarıstan rəhbəri Rüstəm Minnixanov və iş adamı Sergey Adoniyev daxil edilib.

Həmçinin “Vaqner” qrupu ilə bağlı şirkətlər və şəxslərə, habelə gəmi təmiri müəssisələrinə də məhdudiyyətlər tətbiq olunacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!