ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Siyasət

20 İyun 2021 22:56 1245


Vaşinqton Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar olaraq Rusiya Federasiyasına qarşı yeni sanksiyalar hazırlayır.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Jeyk Sullivan bu gün CNN telekanalına verdiyi müsahibədə bildirib.

Co Baydenin köməkçisi deyib ki, birincisi, izləyicilərinizin Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı sanksiya tətbiq etdiyimizi başa düşməsi vacibdir və bununla bağlı tətbiq olunacaq başqa bir sanksiya paketi hazırlayırıq: pizza hut

“Rusiyanın zərərli hərəkətlərinə cavaba gəldikdə hər zaman zərbələrimizi yumşaltmayacağımızı nümayiş etdirdik”.

Qeyd edək ki, Navalny 20 avqust 2020-ci ildə Tomsk-Moskvaya reysi ilə uçan təyyarənin göyərtəsində xəstələnəndən sonra zəhərlənmə diaqnozu ilə Omsk xəstəxanasına qaldırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Vaşinqtonun Navalnı ilə bağlı yeni sanksiya paketi hazırlamasına cavab verməkdə gecikməyib:

“ABŞ-ın qanunsuz hərəkətləri hər zaman məntiqi cavabımız olub”./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!