ABŞ-ın Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, diplomatdan bundan əvvəl Rusiya üçün arzuolunmaz elan edilmiş 3 ABŞ qeyri-kommersiya təşkilatının fəaliyyətini təşviq etməyi dayandırmağı tələb edən nota təqdim olunub.
Söhbət "Amerika Beynəlxalq Təhsil", "Mədəniyyət Perspektivləri" və "Beynəlxalq Təhsil İnstitutu"ndan gedir. Səfirliyin dəstəyi ilə onlar Rusiya Federasiyasında "arzuolunmaz layihələr" həyata keçirib, "təhsil və mədəniyyət mübadiləsi adı altında təsir agentlərinin cəlb edilməsinə yönəlmiş anti-Rusiya layihələri həyata keçirilib”. pizza sifarişi
"Rusiyanın daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən seçkilər və xüsusi hərbi əməliyyatlar kontekstində təxribat xarakterli hərəkətlər və dezinformasiyanın yayılması bu cür əməliyyatlarda iştirak edən səfirlik əməkdaşlarının persona-non-qrata kimi ölkədən çıxarılması da daxil olmaqla, sərt və qəti şəkildə yatırılacaq”, - deyə XİN səfirə xəbərdarlıq edib.
Telegram kanalımız