ABŞ səfirliyi 15 erməninin sərbəst buraxılmasına rəy bildirdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfirliyi 15 erməninin sərbəst buraxılmasına rəy bildirdi

Siyasət

06 İyul 2021 16:25 862


“ABŞ 15 erməni məhbusun Azərbaycandan sərbəst buraxılmasını və geri qaytarılmasını, habelə Ermənistanın humanitar minalardan təmizlənmə prosesini asanlaşdırmaq üçün məlumatların Azərbaycana ötürülməsi qərarını alqışlayır”.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin açıqlamasında deyilir.

“Həmin hərəkətlər, 12 iyun tarixində və Ermənistan tərəfindən Azərbaycana məlumat ötürüldükdən sonra erməni məhbusların azadlığa buraxılması və humanitar minalardan təmizlənmə prosesini asanlaşdırıb. ABŞ və Gürcüstanın köməyi ilə həyata keçirilən bu addım Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlığın təməlini qoyub. pizza hut

Həmçinin, ABŞ Rusiyanın regional sabitliyi təşviq etmək üçün göstərdiyi səyləri də qiymətləndirir. Birləşmiş Ştatlar bütün məhbusların geri qaytarılmasına və humanitar minalardan təmizlənmə prosesini həyata keçirmək üçün bütün lazımi məlumatların mübadiləsinə çağırır”, – deyə səfirliyin açıqlamasında bildirilir.

Açıqlamada ABŞ-ın bölgədəki əməkdaşlığı və həll olunmamış məsələlərin həllini təşviq etməyə hazır olduğunu qeyd edilib.

ABŞ səfirliyi, həmçinin, Ermənistanı və Azərbaycanı münaqişənin hərtərəfli və sabit siyasi həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində mənalı danışıqları bərpa etməyə çağırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!