“Taliban" hazırda şəhər və qəsəbələri ələ keçirir, əfqan ordusunun müqavimət gücünü qırır. "Taliban" güclü ideologiyası və dəmir nizamı hesabına Əfqanıstanda irəriləməkdə davam edir”.
Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, dünyanın supergücü Əfqanıstanda 20 illlik varlığı da "Taliban"ın sonunu gətirmədi: Toyuqlu pizza
“Əfqanıstanın milli və coğrafi rəngarəngliyi "Taliban"a ölkənin tamamını nəzarət altında saxlamağa imkan verməyəcək. "Taliban" paytaxt Kabili də ələ keçirə bilər. Ancaq müxtəlif xalqlar və dağlardakı silahlı qruplar "Taliban"a qarşı müqavimətlərini davam etdirəcəklər. Çünki "Taliban" Əfqanıstana rahat və firavan həyat vəd etmir, feodal qaydalar və qətllər gətirir. Bununla barışmaq istəməyən güclər isə kifayət qədərdir. Müxtəlif dövlətlər "Taliban"la təmas qura bilərlər, ancaq bu qruplaşmanın zəifləməsi üçün kənardan planlarlar hazırlayanlar da az deyil”.
Telegram kanalımız