ABŞ Tatarıstan Prezidentinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Tatarıstan Prezidentinə qarşı sanksiyalar tətbiq etdi

Dünya

26 Yanvar 2023 22:54 490


ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirib.

Birləşmiş Ştatların Maliyyə Nazirliyindən verilən məlumata görə, məhdudiyyətlər siyahısına Tatarıstan Respublikası Prezidenti Rüstəm Minnixanov və Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovun adları da əlvə edilib.

Bununla yanaşı, “Vaqner” muzdlu dəstəsilə əlaqələrdə ittiham olunan bir sıra fiziki və hüquqi şəxslər də “qara siyahı”ya salınıb.

Həmçinin, bildirilir ki, ABŞ nazirliyi Rusiyanın bir sıra hərbi sənaye müəssisələrinə qarşı da analoji tədbirlər həyata keçirib. 

Öz növbəsində ABŞ Dövlət Departamenti isə Rusiya Silahlı Qüvvələrinin 531 nümayəndəsinə viza məhdudiyyəti qoyub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!