ABŞ Ukraynaya 1,7 milyard dollarlıq silah göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya 1,7 milyard dollarlıq silah göndərəcək

Dünya

13 Aprel 2022 10:35 526


"ABŞ Ukraynaya artilleriya sistemlərinin tədarükü ilə bağlı layihə üzərində çalışır". 

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ağ evin sözçüsü Cen Psaki deyib.

Onun sözlərinə görə, hazırda cərəyan edən proseslər Rusiyanın Donbasda Ukrayna qüvvələrini mühasirəyə almaq və məğlub etmək niyyətində olduğunu göstərir: “Bundan əlavə, ölkəyə raket zərbələri davam edir. Biz silahların çatdırılmasını sürətləndirməyə çalışırıq. Bunun üçün 1,7 milyard dollar ayırmışıq. Biz ukraynalıları bu yaxınlarda hökumətlərimiz arasında aparılan danışıqlarda tələb etdikləri artilleriya sistemləri ilə təmin etməyə çalışırıq. ABŞ həmçinin digər müttəfiqlərdən və tərəfdaşlardan silah transferini asanlaşdırmaq üçün işləyir”. Toyuqlu pizza

Xatırladaq ki, daha əvvəl ABŞ rəsmiləri Ukraynaya 750 milyon dollar dəyərində əlavə silah göndərəcəklərini bildirmişdilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!