ABŞ Ukraynaya 700 milyon dollarlıq əlavə hərbi yardım ayıracaq

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya 700 milyon dollarlıq əlavə hərbi yardım ayıracaq

Dünya

13 Aprel 2022 14:12 767


"ABŞ yaxın vaxtlarda Ukraynaya 700 milyon dollarlıq yeni hərbi yardım ayıracağını elan edəcək".

Yenisabah.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb .

Məlumatda bildirilir ki, Ukraynaya yardımın yekun məbləği hələ müəyyən edilməyib: Marqarita pizza

“Lakin buna baxmayaraq, yardımın 700 milyon dollar olacağı gözlənilir. Yardım paketi təsdiq edildikdən sonra bu, ABŞ prezidenti Co Baydenin hakimiyyətə gəlməsindən bəri ABŞ-ın Ukraynaya göndərdiyi ən geniş yardım paketidir. Hesablamalara görə, bununla da ABŞ-ın Ukraynaya göndərdiyi yardımların həcmi 3 milyard dollardan çox olacaq”.

Nəşr onu da vurğualyıb ki, Ukraynaya ayrılan yardımların təxminən 2,5 milyard dolları Rusiyanın Ukrayandakı xüsusi əməliyyatlara başlamasından sonra həyata keçirilib:

“Bundan əlavə Pentaqon aprelin 13-də ABŞ müdafiə sənayesinin Ukraynaya yardım göstərmək qabiliyyətini müzakirə etmək üçün aparıcı silah istehsalçılarının iclasını keçirməyə hazırlaşır.

Pentaqondan olan həmsöhbətimizin sözlərinə görə, görüşdə Ukrayna və onun müttəfiqlərinə kömək üçün son dərəcə vacib olan mövcud sistemlərin istehsalının sürətləndirilməsi və yeni sistemlərin işlənib hazırlanması üzrə təkliflər müzakirə olunacaq”.

Müdafiə sənayesi nümayəndəsinin sözlərinə görə, görüşdə Ukraynaya dəstək üçün “sənaye potensialı” da müzakirə olunacaq məsələlər sırasındadır.

Nəşrin iddiasına görə, görüşdə “General Dynamics”, “Lockheed Martin” və başqaları kimi səkkiz aparıcı hərbi texnika istehsalçısı bir araya gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!