ABŞ Ukraynaya hərbi yardımı azaldır - Kiyev şokdadır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya hərbi yardımı azaldır - Kiyev şokdadır

Dünya

09 Dekabr 2023 10:46 710


“ABŞ-ın Ukraynaya yardımı ilə bağlı qeyri-müəyyənlik Ukrayna Silahlı Qüvvələrində xaosa gətirib çıxarır”. 

Yenisabah.az “The New York Times”a istinadla xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Maks Berqmann deyib. 

Onun sözlərinə görə, ABŞ-da Ukraynaya yardımla bağlı qeyri-müəyyənlik Kiyevin cəbhədə öz hərəkətlərini planlaşdırmasına mane olacaq. Toyuqlu pizza

O, izah edir ki, Kiyev aylar öncədən heç nə planlaşdıra bilməyəcək, çünki o, nə qədər mərmiyə arxalana biləcəyini bilməyəcək.

Berqmann əlavə edib ki, bu cür qeyri-müəyyənlik Ukraynanın hərbi planlaşdırmasında “xaos yaradır”.

Məqalədə, həmçinin bildirilir ki, Vaşinqton artıq Kiyevə yardım paketlərini azaltmağa başlayıb. Beləliklə, yanvarın əvvəlində 2,8 milyard dollar olduğu halda, sentyabrın sonunda Ukrayna üçün alınan və ya anbarlardan gətirilən silahların dəyəri yüz milyonlarla dollara düşüb. 

Noyabrın sonunda 100 milyon dollar, dekabrın əvvəlində isə 175 milyon dollar yardım elan edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!