ABŞ və Türkiyə prezidentlərinin müşavirləri regional məsələləri müzakirə ediblər

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Türkiyə prezidentlərinin müşavirləri regional məsələləri müzakirə ediblər

Siyasət

17 İyul 2021 00:57 885


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın arasında telefon danışığı olub. Söhbət zamanı iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində iki ölkə rəhbəri arasında keçirilmiş görüşün inkişaf etdirilməsi yolları müzakirə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Emili Horn açıqlama verib.

Onun sözlərinə görə, C.Sallivan və İ.Kalın “Prezident Co Bayden və Prezident Rəcəb Tayyib Ərdoğan arasında 14 iyunda baş tutan görüşün inkişafına dair bir sıra regional məsələləri müzakirə ediblər”. Horn iki dövlət başçısının müşavirləri arasındakı söhbətə dair digər təfərrüatlardan söz açmayıb./APA Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!