ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

Dünya Veb saytların hazırlanması

26 Noyabr 2023 10:00 638


ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə etmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda Nelsonun noyabrın 26-dan dekabrın 1-dək Omanın paytaxtı Maskata, o cümlədən Ankara və İstanbula səfər edəcəyi, orada Fələstinin HƏMAS radikal hərəkatına maliyyə təzyiqi, habelə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi məsələsini gündəmə gətirmək niyyətində olduğu qeyd edilir.

Bəyanatdan göründüyü kimi, ABŞ Maliyyə Nazirinin müavini Türkiyədə Ukraynadakı müharibəni dəstəkləməyə yönəlmiş "ticarət və maliyyə fəaliyyətlərinin qarşısını almaq, pozmaq və araşdırmaq səylərini müzakirə edəcək"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!