ABŞ yardımı kəssə, nə olacaq? - Ukraynanın B planı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ yardımı kəssə, nə olacaq? - Ukraynanın B planı

Siyasət

27 Dekabr 2023 19:48 678


Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ölkəsinin ABŞ-dən hərbi yardımın azaldılması durumunda nə edəcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, Ukraynanın ABŞ-dən hərbi yardım paketi alacağına əminliyini ifadə edib.

Danilovun sözlərinə görə, ABŞ yardım edəcək, çünki söhbət dünyada baş verən bir çox proseslərin məsuliyyətindən, onun dərk edilməsindən gedir. O, amerikalı konqresmenlərin yanvarda bu məsələ ilə bağlı səsverməyə qayıdacaqlarına inanır. pizza sifarişi

Danilova Ukraynanın ABŞ-dən yardım paketi ala bilməyəcəyi halda B planının olub-olmaması sualı verilib.

“Həm dövlət, həm də özəl müdafiə-sənaye kompleksimizin işinə gəlincə, müharibə başlayandan bu kompleks ölkəmizin müdafiə qabiliyyəti üzərində işləməyə başlayıb. Nailiyyətlərimiz var, heç də geri qalmırıq. Vasitələrimizin işi dünyanı heyrətə gətirir”, - Danilov vurğulayıb.

O, həmçinin qeyd edib ki, hazırda tərəfdaşlarla birgə müdafiə müəssisələrinin yaradılması prosesi gedir./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!