“Abzas Media”nın saxlanılan üç əməkdaşı barədə qərar 

saytların hazırlanması

Evə çatdırılma

“Abzas Media”nın saxlanılan üç əməkdaşı barədə qərar 

Kriminal

09 May 2024 16:37 1009


Məhkəmə “AbzasMedia” işi çərçivəsində saxlanılan Ülvi Həsənli, Sevinc Vaqifqızı və İmran Əliyev barədə qərar verib. 

Yenisabah.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb və vəsatət təmin edilməyib. 

Qeyd edək ki, ötən il noyabrın 20-də Ü.Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. İmran Əliyev isə ötən ay hava limanında saxlanılıb. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.  Dominos pizza

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər. (Report) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!