Ad günündə döyüşlərə qoşularaq şəhid olan igid

saytların hazırlanması

Evə çatdırılma

Ad günündə döyüşlərə qoşularaq şəhid olan igid

Sosial

10 Avqust 2024 14:39 508


Orada, uca dağlar başında bir dayraq dalğalanır. Üçrəngli Azərbaycan bayrağı... 

O bayrağın rənglərindən birinə Azərbaycan oğullarının qanı hopub. Buna görə də əbədiyyətə qədər dalğalanacaq... 

O bayraq igid Azərbaycan oğyulllarının sayəsində sıdırım qayaları dəlib.  pizza hut

Həmin oğullardan biri də Şəmsi Cəfərovdir. 44 günlük Vətən müharibəsinin şəhidi, qələbəmizin memarı Şəmsi... 

Şəmsi Cəfərov 27 avqust 2001-ci ildə İmişli rayonunun Boşçalılar kəndində Mahir Cəfərovun ailəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Veysəlli kəndindəndir. 2008-2019-cu illər ərzində əvvəlcə Bakı şəhər Sabunçu rayon 213 nömrəli liseydə, sonra isə Füzuli rayon 6 saylı Qayıdış qəsəbə tam orta məktəbində orta təhsil alıb.

Şəmsi Cəfərov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Şəmsi Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruub. Şəmsi Cəfərov 29 sentyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsi Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəmsi Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəmsi Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. 

Hələ yeniyetmə çağlarından Vətənə sonsuz sevgisi olan qəhrəman yaşadığı qısa ömür yolu və şəhadəti ilə gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi olub.

Ruhun şad olsun igid!

A. Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!