Ağ Ev açıqladı: Kremlə məlumat ötürdük - Moskva niyə tədbir görməyib?

saytların hazırlanması

Evə çatdırılma

Ağ Ev açıqladı: Kremlə məlumat ötürdük - Moskva niyə tədbir görməyib?

Dünya

23 Mart 2024 12:23 1215


Mart ayında ABŞ Rusiya hakimiyyətinə Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumat verib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Vatson “Reuters” agentliyinə bildirib.

"Bu ayın əvvəlində ABŞ hökuməti Moskvada böyük toplantıları, o cümlədən konsertləri hədəfə ala biləcək terror aktı ilə bağlı məlumat aldı və nəticədə Dövlət Departamenti Rusiyadakı amerikalılara açıq xəbərdarlıq etdi", - agentlik Ağ Evin sözçüsündən sitat gətirib. . Pepperoni pizza

"ABŞ hökuməti də uzun müddətdir davam edən "məcburi xəbərdarlıq" siyasətinə uyğun olaraq bu məlumatı Rusiya hakimiyyət orqanları ilə paylaşıb", - Vatson açıqlamasında bildirib.

Maraqlıdır, Kreml Ağ Evin xəbərdarlığına niyə əhəmiyyət verməyib? (Publika.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!