Ağ Ev: “O, Suriyadakı vəhşilikləri təkrarlamağa çalışacaq“

saytların hazırlanması

Evə çatdırılma

Ağ Ev: “O, Suriyadakı vəhşilikləri təkrarlamağa çalışacaq“

Dünya

12 Aprel 2022 11:08 866


Bayden administrasiyası Rusiya qüvvələrinin Ukraynanın şərqində Ukrayna qüvvələrini mühasirəyə almağa və məğlub etməyə çalışacağını proqnozlaşdırır.

Yenisabah.az CNN-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cennifer Psaki deyib. 

Onun fikrincə, Suriyada kimyəvi silahdan istifadə ilə tanınan general Aleksandr Dvornikovun Rusiyanın Ukraynadakı orduya yeni komandan təyin etməsi heç nəyi dəyişməyəcək. pizza

Psaki qeyd edib ki, ABŞ Rusiya ordusunun Suriyadakı vəhşiliklərində Dvornikovun rolunu yaxşı bilir. ABŞ inanır ki, o, Ukraynada da eyni şeyi etməyə çalışacaq:

"Bunun Ukraynada artıq gördüyümüz vəhşiliklərin davamı olacağını düşünürük. Ancaq yenə də işlər prezident Putinin planlaşdırdığı kimi getmir və kadr dəyişikliyinin bunu düzəldəcəyini gözləmirik".

Xatırladaq ki, 61 yaşlı ordu generalı Aleksandr Dvornikov amansız taktikasına görə "Suriya qəssabı" ləqəbi alıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!