Dünən Ağ Evdə keçirilən Pasxa bayramında ABŞ prezidenti Co Baydenlə “Pasxa dovşanı” arasında maraqlı anlar yaşanıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya səbəbiylə 2 ildən sonra Ağ Evdə keçirilən və çoxlu ABŞ vətəndaşının qatıldığı şənlikdə anidən ortalığa dovşan kostyumlu şəxs atılıb. Dovşan ortaya çıxarkən çaşqın halda uzaqlaşan Baydenin görüntüləri kameralara əks olunub.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər yumoristik şərhlərə səbəb olub. ABŞ prezidentinin qarşısına tullanan və onun ardınca əl yelləyən dovşan kostyumlu şəxsin kimliyi də maraq doğurub. Bir çox şəxs bunu ABŞ prezidentinə qarşı hörmətsizlik kimi qəbul edib. pizza hut
Qeyd edək ki, 79 yaşlı prezident son zamanlar qarışıq görüntüləri ilə diqqət çəkir
Telegram kanalımız