Ağ Şəhərdə fitnes zalının sahibi bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ağ Şəhərdə fitnes zalının sahibi bıçaqlandı

Kriminal

21 Oktyabr 2024 09:07 745


Paytaxtın Xətai rayonunda, Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində bıçaqlanma qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Fərid İsmayılov idman dərsi keçdiyi tələbəsi döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.

Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sezar pizza

Xəstə yerləşdirildiyi tibb müəssisəsində əməliyyat edilib. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.

Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus “Lux” idman zalı var.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!