Ağadadaş Ağayevin atdığı balta: Yaralanmış qadın ilk dəfə danışdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayevin atdığı balta: Yaralanmış qadın ilk dəfə danışdı - Video

Sosial

25 İyul 2024 21:37 1174


Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan xadimə Nəzakət Paşayeva "Xəzər Xəbər"ə açıqlama verib.

Yenisabah.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda yerləşən "MedEra" hospitalında baş verən insident zamanı işçilərdən biri - Nəzakət Paşayeva ayağından yaralanıb.

4 ildir ki, adı çəkilən hospitalda çalışan 55 yaşlı Nəzakət Paşayeva deyir ki, balta atılan zaman təmizlik işi görürmüş. Dördpendirli pizza

Nəzakət Paşayeva baş verən hadisədən sarsıldığını bildirib. Bununla yanaşı, o, Ağadadaş Ağayevdən şikayətçi olmayacağını da qeyd edib.

Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında yaşanan insidentin görüntülərinin kim tərəfindən yayılması ilə bağlı məsələyə isə hospitalın direktoru İbrahim Əliyev aydınlıq gətirib.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.

Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!