Ağbənddə müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa edilir

saytların hazırlanması

Evə çatdırılma

Ağbənddə müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa edilir

Sosial

22 Avqust 2024 19:26 216


Azərbaycanın müstəqillik dövrünün ilk dəmir yolu qalereyası Ağbənddə inşa edilir.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib: Sezar pizza

"Qalereyanın uzunluğu 144 m-dir. Tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektirikləşdirilməsinə də imkan verir. Qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur. Sözügeden qalereya Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!