Agentliyin iki sədr müavini işdən çıxarıldı 

saytların hazırlanması

Evə çatdırılma

Agentliyin iki sədr müavini işdən çıxarıldı 

Sosial

01 Oktyabr 2024 12:16 476


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin iki sədr müavini vəzifələrindən azad edilib. 

Modern.az-ın əldə etdiyi məlumata görə, sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadov işdən çıxarılıb. 

Agentlikdən məlumat saytımıza təsdiq ediblər. Bildirilib ki, hər iki şəxs başqa işə keçmələri səbəbi ilə öz ərizələri əsasında azad ediliblər.  pizza mizza

Qeyd edək ki, Cəmaləddin Quliyev sözügedən vəzifəyə 6 iyul 2020-ci ildə, Rüfət Cavadov isə 17 avqust 2021-ci ildə təyin edilib. 

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev bu ilin may ayında vəzifəyə təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!