““Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri ölkəmizin iqtisadi gücünün təqdimatıdır”

saytların hazırlanması

Evə çatdırılma

““Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri ölkəmizin iqtisadi gücünün təqdimatıdır”

Siyasət

10 İyun 2021 16:37 817


“Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  Zəfər tariximizi  yazdıqdan sonra   ölkəmizin həyatında yeni dövr- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq mərhələsi başladı. Prezidentin 19 aprel 2021-ci il tarixli “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında»  Sərəncamı da bu məqsədə xidmət edir”.

“Yeni Sabah” xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, bu bir daha təsdiqləyir ki,  şəhər və kəndlərimizdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, bu işlərin həyata keçirilməsi prosesində  informasiya texnologiyalarının tətbiqi,  həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. 

V.Rəhimzadə qeyd edib ki,  azad edilmiş ərazilərdə  şəhərlər və kəndlər  “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında,  dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi şəraitində qurulacaq:  Sezar pizza

“Bununla paralel olaraq  digər şəhər və kəndlərimizdə də  buna oxşar layihələrin icrası nəzərdə tutulur. Azərbaycan texnoloji proseslərin inkişafına görə də dünyada birincilər sırasındadır. İstər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə bunun bir daha şahidi olduq.  

Həmçinin  2019-cu ildən dünyanı cənginə almış  koronavirus infeksiyası ilə mübarizə sahəsində beynəlxalq əhəmiyyətli  tədbirlərin  videoformatda təşkili də Azərbaycanın  bu sahədə mövcud imkanlarının təqdimatında  əhəmiyyətli rol oynadı. 

Bu baxımdan işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək  "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri ölkəmizin müasir dövrün reallıqlarına uyğun olaraq gündəmə gətirdiyi  yeni  çağırışlarına və tələblərinə cavab verir”.

V.Rəhimzadə vurğulayıb ki, bu layihələr, ilk növbədə,  Azərbaycanın iqtisadi  imkanlarının təqdimatıdır: “Hər bir layihə yenilik olmaqla yanaşı,  möhkəm təmələ əsaslanır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!