Avropa İttifaqı Gürcüstanı aviasiya sektorunda Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmağa və Rusiya Federasiyası ilə mümkün hava nəqliyyatının bərpasından imtina etməyə çağırır.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, Aİ Gürcüstana Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmağı tövsiyə edib.
Hava əlaqəsi Rusiya tərəfinin təşəbbüsü ilə 2019-cu ildə kəsilib. Bu ilin yanvarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstana uçuşların bərpa oluna biləcəyini istisna etməyib. Öz növbəsində hakim “Gürcü arzusu” partiyasının nümayəndəsi İrakli Kobaxidze bildirib ki, rəsmi Tbilisi Rusiya ilə hava hərəkətinin bərpası ilə bağlı heç bir danışıqlar aparmır.
Bundan əvvəl ABŞ Dövlət Departamenti bəyanat yayıb və Gürcüstanla Rusiya arasında hava nəqliyyatının bərpasının Gürcüstanda Rusiya təyyarələrinə xidmət göstərən şirkətlərə qarşı sanksiyalar təhlükəsi yaradacağını bildirib.
Telegram kanalımız