Aİ ilə münasibətlərin dərinləşməsi Rusiyaya qarşı yönəlməyib - XİN

saytların hazırlanması

Evə çatdırılma

Aİ ilə münasibətlərin dərinləşməsi Rusiyaya qarşı yönəlməyib - XİN

Dünya

15 Mart 2024 15:23 504


Ermənistan hər hansı ölkəyə qarşı heç bir planda iştirak etmir.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib.

“Sizi əmin və rəsmi şəkildə bəyan edirəm ki, Ermənistan heç kimə qarşı hər hansı bir planda iştirak etmir və münasibətlərini bunun üzərində qurmur”, - deyə ölkəsinin xarici siyasət kursu barədə danışan erməni nazir deyib. Marqarita pizza

O əlavə edib: “Əgər siz Rusiyanı və Qərblə münasibətlərimizin dərinləşməsini nəzərdə tutursunuzsa, o zaman tam açıq deyə bilərəm: Qərblə, Avropa İttifaqı (Aİ) ilə münasibətlərimizin dərinləşməsi Rusiyaya qarşı yönəlməyib, bu ölkə ilə münasibətləri kəsmək məqsədi daşımır.

Aİ ilə münasibətlərin dərinləşməsinin hətta qonşu ölkələrə də qarşı istifadə edilməsi nəzərdə tutulmur. Məqsəd yalnız Ermənistan təhlükəsizlik zəmanətlərini artırmaqdır.

Bizim mövqeyimiz budur: Türkiyə ilə münasibətlərin tam normallaşması, Azərbaycanla sülh prosesinin həyata keçirilməsi və bütün bu addımlar yenə də heç kimə qarşı yönəlməyib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!