Aİ Türkiyə və Suriyaya kömək etməyə hazırdır - Borrell

Aİ Türkiyə və Suriyaya kömək etməyə hazırdır - Borrell

Dünya

06 Fevral 2023 12:10 331


“Avropa İttifaqı (Aİ) güclü zəlzələdən sonra Türkiyə və Suriyaya yardım göstərməyə hazırdır”.

Yenisabah.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrell “Twitter”də bildirib.

O yazıb: “Bu səhər Türkiyə və Suriyanı sarsıdan dağıdıcı zəlzələ yüzlərlə insanın həyatına son qoydu. Ağlımız Türkiyə və Suriya xalqının yanındadır. Avropa İttifaqı kömək etməyə hazırdır”.

Xatırladaq ki, fevralın 6-da gecə saatlarında Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7.4 bal gücündə zəlzələ olub.

Son məlumata görə, hadisə nəticəsində 284 nəfər ölüb, 2.323 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!