Ermənistan hazırda Avropa İttifaqına üzvlük məsələsini müzakirə etmir.
Yenisabah.az xəbər verir ki, bunu parlamentinin spikeri Alen Simonyan bildirib.
"Ermənistan indiki mərhələdə Aİ-yə üzvlük məsələsini müzakirə etmir. Düşünmürəm ki, bu, baş versin", - deyə o, jurnalistlərə bildirib. Marqarita pizza
Fevralın sonunda Simonyan bəyan edib ki, Ermənistan Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ üzvlüyünə namizəd olmağa hazırdır.
Martın ortalarında Avropa Parlamenti Ermənistanın Aİ-yə namizəd statusu üçün müraciət etmə imkanını dəstəkləyən qətnamə, eləcə də İrəvanın Aİ ilə əməkdaşlığı genişləndirmək istəyini dəstəkləməyə çağırış qəbul edib.
Telegram kanalımız