Avropa Komissiyası (AK) Ukraynaya humanitar yardım üçün əlavə 100 milyon avro ayırıb.
Yenisabah.az xəbər verir ki, bunu AK nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Ukraynada humanitar vəziyyət fəlakətlidir, ona görə də Avropa Komissiyası ukraynalı qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün bu ölkəyə 100 milyon avro, Moldovaya isə 10 milyon avro humanitar yardım ayırıb. Bu vəsait partnyor təşkilatlarımız tərəfindən əhalinin əsas ehtiyaclarını, o cümlədən pul müavinətləri, mənzil və ərzaq təminatı üçün istifadə olunacaq”. pizza hut
Uyvari vurğulayıb ki, münaqişə başlayandan bəri Aİ-dən Ukraynaya humanitar yardımın ümumi həcmi 843 milyon avro təşkil edib.
Telegram kanalımız