Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ı Rusiyadan "S-400" komplekslərinin alması məsələsində Ankara və Dehliyə fərqli siyasət yürütməkdə ittiham edib.
Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, Akar bildirib: “ABŞ Rusiyadan "S-400" sistemlərinin alınması ilə bağlı Türkiyə və Hindistana qarşı fərqli siyasət yürüdür. ABŞ Türkiyənin əsl dostluğunu, gücünü və müttəfiqliyini görsə, hər şey daha asan olacaq”.
Akar iddia edib ki, ABŞ Hindistan üçün istisnaya hazırdır və "S-400" alınmasına görə Türkiyəyə tətbiq etdiyi sanksiyalara əl atmır. pizza
Xatırladaq ki, Hindistan 2015-ci ildə Rusiyadan "S-400" almaq niyyətində olduğunu açıqlayıb. "S-400 Triumf sistemlərinin beş alay dəstinin tədarükü üçün 5,43 milyard dollar dəyərində müqavilə Rusiya prezidenti Vladimir Putinin 2018-ci ilin oktyabrında Hindistana səfəri zamanı imzalanıb. Ötən il dekabrın əvvəlində Hindistan xarici işlər nazirinin birinci müavini Harş Vardhan Şrinqla Rusiyanın "S-400" zenit-raket komplekslərinin (SAM) Hindistana tədarükünə başlandığını və davam edəcəyini bildirmişdi.
Telegram kanalımız