Albaniyada yeni prezident seçildi

saytların hazırlanması

Evə çatdırılma

Albaniyada yeni prezident seçildi

Dünya

04 İyun 2022 23:56 997


Albaniya parlamenti Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı ölkənin prezidenti seçib.

Yenisabah.az xəbər verir ki, Beqay 78 səs qazanıb, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları tərəfindən verilib.

General-mayor orduda tibbi xidmət sahəsində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2020-ci ildə NATO ölkəsinin silahlı qüvvələrinin baş qərargah rəisi olub. Marqarita pizza

Qeyd edək ki, prezident 140 yerlik Albaniya parlamentinin beşdə üçünün səsi ilə seçilir. Parlamentar respublika idarəetmə sisteminə malik ölkədə prezidentin rolu əsasən simvolikdir, buna baxmayaraq, o, məhkəmə və ordu üzərində müəyyən səlahiyyətlərə malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!