Məndə Facebook-un bütün yazıları türkcədir. Başqa dillərdə necə olduğunu araşdırmamışam. Ancaq bir status yazmaq istəyəndə "Göndəri oluşdur" kvadratına daxil oluram və ilk rastıma gələn ənənəvi sual olur: "Nə düşünüyorsun, Fazil?" Yəni bu bizim anladığımız "Nə düşünürsən?" sualıdır.
Buradan anlaşılır ki, bu şəbəkənin yaradıcısı bizdən umacağını açıqlayır. Həm də düşüncə fərdə aid keyfiyyət olduğundan, sənin şəxsiyyətinə xitab edir ki, mənim yaratdığım nemətdən hansı məqsədlə istifadə edə bilərsən. Yəni düşünmürsənsə, mənim nemətimi də korlama! Bu, bir növü düşünməyə stimullaşdırma da sayıla bilər. Bu suala yəqin ki, çoxumuz bir o qədər də diqqət yetirməmişik. Fikrimcə, Azərbaycan da daxil olmaqla Şərq dünyası üçün ayrıca suallar düşünülməlidir. Məsələn, "Nİyə düşünürsən?", "Ağzına gələni niyə yazmırsan?" və s.
Bunu bir neçə dəfə qeyd etmişəm, mütəxəssislər araşdırma aparıb ki, sosial şəbəkə Finlandıyada elmi biliklərin yayılmasına ciddi təsir göstərib, Kolumbiyada narkotik satışında artıma böyük töfhə verib. Anlaşılan budur ki, bizdə də "Nə düşünürsən?" sualı çox məhdud sayda insan üçün nəzərdə tutulub. Çünki 19-cu əsrə qədər düşüncə sıfır, 19-cu əsrdə 3-4 nəfər düşünüb, 20-ci əsrdə 100-150 nəfər (bəlkə də buna görə iki dəfə dövlət qurmuşuq), 21-ci əsrdə də 30-40 nəfər. Son hadısələr göstərir ki, bu say da azalan istiqamətdə geriyə gedir. Burada cəmiyyət masşatabında keçmişimizlə, günümüzlə, gələcəyimizlə bağlı sağlam düşüncədən, sağlam mühakimədən söhbət gedir. Düşüncəni boğanlar, başı yaranlar, xoruz döyüşdürənlər, it boğuşduranlar həmişə mütləq çoxluğu təşkil edib bizim cəmiyyətdə. Nə olsun ki, illərdir çoxumuz cübbəni çıxarıb kostyum geyib qalstuk taxmışıq, bir nadanın siyasi məzhəkəsinə, şit əyləncə şousuna 100 min laykı göndərənlər həmin dəstənin yeniləşmiş obrazları deyilmi? Artıq oxuduğum kitab barədə bilgiləri paylaşmağa son verəndə bunu təslim olmaq işarəsi kimi göstərməyi düşünmədim. Etiraz işarəsi kimi dar bir çevrədə yeni bir aydın nəslinin yetişməsindən başqa yol görmədiyimi düşünərək etdim. Dünən ürək ağrısı ilə haqqımda yazılan bir yazının altında söyüş və təhqir yazan bir elmlər doktoruna xitab etdim ki, siz mənim 25 kitabımdan hansındansa bir cümlə oxumusunuzmu? Cavab verdi ki, heç bir kitabınızla tanış deyiləm. Yazdım ki, necə olur, cümləni belə düzgün qura bilməyən bir nadanın, bir əxlaqsızın yazdığının böhtan olduğunu bilə-bilə, məni söyürsən, yazdığım kitabı, məqaləni oxumadığın halda rəy yaza bilərsən? Yazıram ki, sən doktoruluğu müdafiə edəndə, Darvinlə razılaşmadığını ifadə edəndə onun dədəsini söymüsən? Razılaşmamaq, arqumentli cavabla, tərbiyəli cavabla mövqeyi ortaya qoymaq deməkdir. Yenə də anlamadı. Ancaq mən anladım ki, Azərbaycanda dini cəhalət də, siyasi cəhalət də, sosial cəhalət də, mədəni cəhalət də artıq müstəqilliyimizin maddələr mübadiləsini, immun sistemini darmadağın etməkdədir. İllər öncə Şuşaya bir də qayıdışın mümkünlüyünə inanmayan bir çoxluq indi Füzulidə açılan hava limanına ağız büzüb yazırsa ki; "Duxunuz var Xankəndində hava limanı açın e...", buna nə müxalifət məntiqi, nə cahil məntiqi kimi baxmaq doğru olmazdı. Bu bir naşükürlük məntiqidir. Müstəqilliyimizin ən böyük təhlükəsi erməni, İran, Rusiya, ABŞ deyil, məhz bu naşükürlük məntiqdir. Naşükürlük isə kitabsızlıqdan başlayır. pizza sifarişi
Biz Markın bizdən tələb etdiyi "Nə düşünrsən?" tələbinə cava verməyə hələ ki, cəmiyyət olaraq layiq deyilik. Bir dəfə Afrika təəssüratlarımı yazarkən qeyd etmişdim ki, orada qadınların, kişilərin yükü başında daşımağı məndə təəccüb doğurmuşdu: "Bunlar başı niyə öz təyinatı üzrə işlətmirlər?" deyə qeyd yazmışdım. Yəni başın təyinatı düşünməkdir, yük daşımaq deyil. Kimsə daha savadlı olar, kimsə az savadlı olar, fərq etməz, atdığı addımın faydalı və ya zərərli olması üzərində mütləq düşünməlidir.
Bu qətiyyən giley deyil, bəlkə də bir qısa manifestdir. Sadəcə 10-15 sağlam mühakiməli insanın koordinasiyası yetərlidir ki, siyasi, dini, mədəni, sosial cahilliyin qarşısında dirənişimizi qoruya bilək.
İndi bildinizmi niyə yəhudi Mark biz zavallı, yazıq müsəlmanlara "Nə düşünürsən?" sualını ünvanlayıb? Siz də onun kəşf etdiyi telefondan çəkiliş edib, onun kəşf etdiyi Youtubedən cavabınızı verin ki; "Sionistlərin bu cür axmaq suallına cavab verənlərə lənət ola, lənət ola!"
Allah sizi bir də diriltməsin ÖLÜLƏR!
Fazil Mustafa
Telegram kanalımız