Alman nazir Qafqaza səfər öncəsi mühüm bəyanatlar verdi

saytların hazırlanması

Evə çatdırılma

Alman nazir Qafqaza səfər öncəsi mühüm bəyanatlar verdi

Siyasət

03 Noyabr 2023 14:37 751


Ermənistan və Azərbaycan arasında münaqişə tərəflərə sağalması uzun müddət alacaq yara vurub, ancaq hər iki ölkə qarşılıqlı etimad yolunu tutmalıdır.

Yenisabah.az DW-yə istinadla xəbər verir ki, bunu Cənubi Qafqaza səfərindən öncə Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

Onun sözlərinə görə, ölkəsi və Avropa İttifaqı keçmişin kölgəsini dəf edən bir region qurmaq və region əhalisi üçün daha yaxşı gələcəyə naminə Cənubi Qafqaz ölkələri ilə birgə işləmək istəyir. Marqarita pizza

Berbok bildirib ki, Aİ Qara dənizdən keçən sualtı rabitə kabeli də daxil olmaqla, regiona sülh yolu ilə bağlı konkret təkliflər verməyə hazırdır: "Belə layihələr Ermənistan və Azərbaycanı bir-birinə və bizə yaxınlaşdırmağa kömək edəcək".

Xatırladaq ki, Almaniya XİN rəhbəri səfərinə Ermənistandan başlayacaq və orada xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

O, Şənbə günü Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!