Almaniya, Rusiya, Fransa XİN başçıları Qarabağı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Almaniya, Rusiya, Fransa XİN başçıları Qarabağı müzakirə etdi

Siyasət

08 İyun 2021 14:41 739


Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian və Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Xayko Maas Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefonla danışıblar.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, telefon danışı zamanı Ukraynada və  Qarabağda yaranmış vəziyyət müzakirə edilib.

Nazirlər arasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının müddəalarının icrasının gedişi müzakirə olunub. Pepperoni pizza

Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların məsələyə istənilən formada qoşulması yalnız rəsmi Bakı və Yerevan icazəsi ilə ola bilər.

XİN rəhbərləri həmçinin Ukrayna məsələsini müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!