Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

Dünya

04 Mart 2024 11:36 566


Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Martın 1-də “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan fevralın 19-da Bundesverin yüksək rütbəli zabitləri arasında baş verdiyi iddia edilən söhbətin audio yazısını dərc edib.  Pepperoni pizza

Onlar Krım körpüsünə hücumlar da daxil olmaqla, Ukraynanın uzaqmənzilli “Taurus” raketlərindən potensial istifadəsini müzakirə ediblər. Almaniya Müdafiə Nazirliyi hərbi söhbətin dinlənildiyini bildirib. Nazir Boris Pistorius bunu informasiya müharibəsi adlandırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!