“Almaniya Avropa İttifaqı ilə birlikdə Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün intensiv işləyir”.
Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok öz “X” mikrobloqunda yazıb.
“Ermənistan və Azərbaycan arasında etimad addımları ümid doğurur. Məhbusların qarşılıqlı azadlığa buraxılması mühüm addımdır. Biz hərtərəfli sülh sazişinin mümkünlüyünü qiymətləndirmək üçün Avropa İttifaqı ilə intensiv işləyirik”, – deyə Almaniyanın xarici işlər naziri vurğulayıb. Marqarita pizza
Telegram kanalımız