“Alov Qüllələri” arasındakı kəndirdə gəzən şəxs kimdir?

saytların hazırlanması

Evə çatdırılma

“Alov Qüllələri” arasındakı kəndirdə gəzən şəxs kimdir?

Sosial

19 Avqust 2024 11:04 1033


Bakıda səhər saatlarında "Alov Qüllələri" binaları arasında çəkilən ip üstündə gəzən kəndirbaz sakinlərin diqqətini çəkib.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb.

Məsələnin nə olduğunu bilməyən sosial şəbəkə istifadəçiləri arasında panika yaranıb. pizza mizza

Məsələni araşdırmaq üçün "Alov Qüllələri" ilə əlaqə saxladıq.

Qurumun satış və marketinq direktoru Doğu Yaman Oxu.Az-ın sorğusuna cavab olaraq enerji içkisi şirkətlərindən birinin Azərbaycan və Bakının qlobal tanıtımı üçün Dövlət Turizm Agentliyinin dəstəyi ilə reklam çarxı çəkdiyini bildirdi. Onun sözlərinə görə, "ip üzərində akrobatika" səhnəsi videoçarxın bir hissəsi olacaq.

Məsələ ilə bağlı həm də Dövlət Turizm Agentliyi ilə əlaqə saxladıq.

Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq kəndirbazlıq səhnəsinin videoçarx üçün çəkildiyi təsdiqlədi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!