Amerikada “TikTok”u qadağan etmək təklifi səslənir

saytların hazırlanması

Evə çatdırılma

Amerikada “TikTok”u qadağan etmək təklifi səslənir

Dünya

06 Mart 2024 12:10 569


ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin ByteDance şirkətinə məxsus olan "TikTok" sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.

Yenisabah.az The Hill-ə istnadla xəbər verir ki, təşəbbüs "amerikalıları xarici təcavüzkarlar"ın idarə etdiyi proqramlardan qorumaq üçün respublikaçı Mayk Qallager və demokrat Raca Krişnamurtidən gəlib. Qanun layihəsi Çin şirkətini "TikTok"-dan imtina etməyə məcbur edəcək, əks halda, bu platforma ABŞ-da qadağan oluna bilər.

Şirkət "TikTok"-dan imtina etməsə, onun ABŞ-da "App Store" və ya veb hostinq platforması vasitəsilə yayılması qeyri-qanuni olacaq. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!