Amerikalı politoloq: “Ermənistan hökuməti sərsəri kimi davranır“

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı politoloq: “Ermənistan hökuməti sərsəri kimi davranır“

Siyasət

12 İyun 2021 13:15 1222


“İyunun 11-də təqribən saat 17-dən 17.30-dək Ermənistanın faşist silahlı qüvvələri Kəlbəcər rayonunun Aşağı Ayrım kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iriçaplı pulemotlardan atəşə tutub”.

Yenisabah.az xəbər verir ki, bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys Ermənistan ordusunun növbəti təxribatını şərh edərkən bildirib.

“Gələn həftə prezident Bayden Brüsselə gedib NATO-ya üzv ölkələrin liderlərinin zirvə görüşündə nitq söyləyəcək. Bu da son vaxtlar Azərbaycanla sərhəddə bir sıra silahlı təxribat törətmiş Ermənistan hökumətini təmkinli olmağa dəvət etmək üçün gözəl fürsətdir”, - o qeyd edib. Dördpendirli pizza

Politoloq deyib ki, Ermənistan hökuməti Avropadan təklənmiş, sərsəri rejim kimi davranır: "Baydenin Avropaya ilk səfəri zamanı bu problemi Avropa İttifaqı liderləri ilə də müzakirə etmək imkanı yaranıb. Cenevrədə ABŞ və Rusiya prezidentləri arasında keçiriləcək görüş də Ermənistana Azərbaycanın suveren torpaqlarında basdırdıqları minaların xəritəsini təqdim etmələri üçün mümkün təzyiq vasitələrini müzakirə etmək üçün mükəmməl yerdir”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!