Amerikalıların əksəriyyəti Baydendən narazıdır

saytların hazırlanması

Evə çatdırılma

Amerikalıların əksəriyyəti Baydendən narazıdır

Dünya

06 İyun 2022 14:35 722


Amerikalıların əksəriyyəti Co Baydenin Rusiya və Ukrayna ilə bağlı hərəkətlərindən, iqtisadiyyat sahəsində gördüyü tədbirlərdən narazıdır.

Yenisabah.az ABC-yə istinadla xəbər verir ki, bunu “Ipsos”un keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərdən ABŞ liderinin “Rusiya və Ukraynadakı vəziyyətlə bağlı” hərəkətlərinə necə münasibət bəslədikləri soruşulub. Rəyi soruşulanların 46%-i Baydeni dəstəklədiyini, 52%-i isə narazı olduğunu bildirib. Baydenin “iqtisadi canlanma” siyasətini respondentlərin 37%-i müsbət, 61%-i isə mənfi qiymətləndirib. Sezar pizza

Respondentlərin 28%-i ABŞ prezidentinin inflyasiyanı azaltmaq səylərini müsbət, 71%-i isə mənfi qiymətləndirib. Yalnız 27% ABŞ administrasiyası rəhbərinin benzinin qiymətinin aşağı salınması istiqamətində gördüyü tədbirlərdən razıdır, 72%-i isə razı deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!