Analitik: Azərbaycan-İran-Türkiyə platforması səmərəli ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Analitik: Azərbaycan-İran-Türkiyə platforması səmərəli ola bilər

Siyasət

23 Oktyabr 2023 16:22 274


Azərbaycan-İran-Türkiyə platforması yaxın gələcəkdə Cənubi Qafqaz probleminin həlli üçün səmərəli yol hesab oluna bilər.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu Türkiyənin "Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzi"nin rəhbəri Həsən Oktay deyib.

O, Tehranda keçirilən 3+3 formatlı görüşünü şərh edib: Sezar pizza

"Regionda aktiv gözləntiləri olan və regionda baş verən proseslərlə birbaşa maraqlanan ölkələrin müxtəlif vaxtlarda bir araya gələrək bu məsələni müzakirə etmələri tamamilə təbiidir. Gürcüstanla Rusiya arasında münasibətlər gərgin olduğundan o bu cür toplantılara maraq göstərmir. Lakin Ermənistan-Gürcüstan və Azərbaycan-Gürcüstan münasibətlərindəki normallaşma və xoşməramlılıq istər-istəməz Gürcüstanın bu sülh platformasında iştirakına səbəb olacaq. Ukrayna böhranını da nəzərə alsaq, Gürcüstanın indiki mövqeyindən geri çəkilmək ehtimalı var".

H. Oktayın fikrincə, regional sülhün bərqərar olması üçün bütün mümkün imkanlar nəzərdən keçirilməlidir, çünki müharibə ruhunun davam etdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinə təsir edəcək: "Bölgədə müharibənin qarşısını almaq üçün hər zamankındən daha çox sülhə ehtiyac var".

Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib: "İran Fars körfəzini Qara dənizə birləşdirmək üçün Ermənistanla davamlı danışıqlar aparır. Azərbaycanın atəşkəs bəyanatına istinadla Zəngəzur dəhlizini gözləntisi İranda narahatlıq yaratmışdı, çünki bu birləşdirici xəttin hansı formatda açılacağı məlum deyildi. Ancaq hadisələr göstərdi ki, bu dəhliz açılmayacaq, bu, Azərbaycan üçün çox müsbət hal deyildi. 

İran da Azərbaycanın tələb etdiyi nöqtədən Qara dəniz hövzəsinə çıxış tələb edir. Azərbaycanla diplomatik təmaslarla bu anlaşılmazlığı aradan qaldırmaq üçün addımlar atır".

H. Oqtay vurğulayıb: "Azərbaycan-İran-Türkiyə platforması da yaxın gələcəkdə Cənubi Qafqaz probleminin həlli üçün effektiv vasitə sayıla bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!