Ankarada Azərbaycan və Türkiyə XİN-ləri arasında məsləhətləşmələr keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Ankarada Azərbaycan və Türkiyə XİN-ləri arasında məsləhətləşmələr keçirildi

Siyasət

10 İyun 2021 19:32 717


Ankara şəhərində Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələri keçirilib.

XİN-dən Yenisabah.az-a məlumata görə, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalla görüşü baş tutub. Pepperoni pizza

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!