Ankarada Türkiyə və Qırğızıstan prezidentlərinin görüşü keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Ankarada Türkiyə və Qırğızıstan prezidentlərinin görüşü keçirildi

Siyasət

09 İyun 2021 20:46 1096


Qırğızıstan prezidenti Sadır Japarov Türkiyəyə rəsmi səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, o, Ankaradakı Prezident İqamətgahında Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Tərəflər arasında əvvəlcə ikili, sonra isə geniş tərkibdə görüş keçirilib. Rəsmi sənədlərin imzalanması mərasimindən sonra hər iki ölkə başçısının ortaq mətbuat konfransı təşkil olunub. Dördpendirli pizza

Ərdoğan qırğız həmkarı ilə terrorizmə qarşı mübarizə, iqtisadi əməkdaşlıq kimi məsələləri müzakirə etdiklərini bildirib. Türkiyə prezidenti qeyd edib ki, tərəflər arasında ticarət dövriyyəsinin hazırki 507 milyon dollar həcmindən 1 milyard dollar səviyyəsinə çatdırılması hədəflənib.

S.Japarov da Türkiyənin beynəlxalq aləmdə nüfuzunun artmasının məmnuniyyət hissilə qarşıladıqlarını vurğulayıb. O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin genişlənməsi perspektivlərini yüksək qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!