Ankaranın Bakı-İrəvan əlaqələrinə töhfəsini alqışlayırıq - Miller

saytların hazırlanması

Evə çatdırılma

Ankaranın Bakı-İrəvan əlaqələrinə töhfəsini alqışlayırıq - Miller

Siyasət

15 Dekabr 2023 10:00 384


Birləşmiş Ştatlar Türkiyənin Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində səmərəli rolunu alqışlayır.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

O, Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamalarını şərh edib. pizza hut

Millerin sözlərinə görə, Vaşinqton da, Ankara kimi, İrəvanla Bakı arasında sülhün bərqərar olması üçün birbaşa danışıqları dəstəkləyir.

ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan son danışıqlara gəlincə, amerikalı diplomatın sözlərinə görə, bu mövzu müzakirə olunub.

Millerin sözlərinə görə, bu məsələyə mütəmadi olaraq xarici işlər orqanlarının rəhbərləri tərəfindən baxılır. Lakin o, müzakirənin təfərrüatlarını açıqlamayıb.

Dekabrın 14-də Bakıda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir. Onun sözlərinə görə, İrəvanla Bakı arasında münasibətlər normallaşarsa, o zaman Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!