“2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində digər dövlətlər tərəfindən Azərbaycana qarşı təzyiq imkanları xeyli zəifləyib".
“Report” xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı "Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri" mövzusunda keçirilən simpoziumda deyib.
Onun sözlərinə görə, “3+3” formatı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında müsbət rol oynaya bilər: “Bundan əlavə, normallaşma birbaşa üç Cənubi Qafqaz dövləti arasında əməkdaşlığa kömək edə bilər". Dominos pizza
A.Aslanlı xatırladıb ki, Azərbaycanın uğurlu xarici siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.
Telegram kanalımız