Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırıldı

Siyasət

17 Oktyabr 2023 19:26 272


Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırlaraq 7-dən 9-a çatdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda bildirilib.

Fərmana əsasən, Şuranın təkibinə kənd təsərrüfatı naziri və Dövlət Ehtiyatları Agentliyinin 1 nümayəndəsi daxil edilib. Dominos pizza

Qeyd edək ki, Şura daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyindən (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrinin daxil olduğu 7 üzvdən ibarət olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!