“AQTA “at əti” dedi, restoran rəhbərliyi təkzib etdi:   “Bizdə ancaq quzu olur” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“AQTA “at əti” dedi, restoran rəhbərliyi təkzib etdi: “Bizdə ancaq quzu olur” - VİDEO

Sosial

08 May 2026 00:46 176


Bakıdakı məşhur şadlıq saraylarından birində istehlak üçün nəzərdə tutulan ətlərdə at DNT-si aşkarlanıb. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən "Alp Delux" şadlıq sarayından gedir.

Baku TV məsələnin nə dərəcədə doğru olduğunu araşdırmaq üçün restoran rəhbərliyi ilə əlaqə saxlayıb. Müəssisənin inzibatçısı Amil Quliyev ittihamlara belə aydınlıq gətirib: pizza hut

"Biz gündəlik fəaliyyət göstərən toy məkanıyıq və yayılan xəbərlər rəhbərliyi ciddi narahat edir. Bizdə əsasən quzu ətindən istifadə olunur, quzular isə tamamilə yerli məhsullardır. Mal ətindən yalnız basdırma hazırlanan zaman istifadə edilir. Mətbəximiz hər kəs üçün açıqdır. Şadlıq sarayımız cəmi 6 ay öncə təmirdən çıxıb. Toy sahibləri də narahat olub bizə zəng edirlər".

İnzibatçı həmçinin yayılan fotoların onlara aid olmadığını iddia edib:

"O şəkillər bizim restoranda çəkilməyib. Bizə gələn bütün ət məhsulları rəsmi şəkildə möhürlənmiş formadadır. Həmin görüntülərdəki ətlər bizə aid deyil", - deyə o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!