Tramp Avropa İttifaqını tariflərin artırılması ilə hədələyib

saytların hazırlanması

Evə çatdırılma

Tramp Avropa İttifaqını tariflərin artırılması ilə hədələyib

Dünya

08 May 2026 00:35 94


Avropa İttifaqı (Aİ) iyulun 4-dək ticarət sazişi şərtlərinin özünə aid hissəsini yerinə yetirməsə, ABŞ Prezidenti Donald Tramp Avropa mallarına rüsumları artıracaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenlə telefon danışığının yekunlarına əsasən "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"AK prezidenti Ursula fon der Lyayenlə əla danışığım olub. Biz bir çox mövzuları müzakirə etdik, o cümlədən İranın nüvə silahı əldə etməməli olduğu qənaətinə gəldik. Dördpendirli pizza

Mən səbirlə gözləyirdim ki, Aİ Şotlandiyanın Törnberri şəhərində razılaşdığımız tarixi ticarət sazişinin öz payına düşən hissəsini yerinə yetirsin! Aİ-nin öz tariflərini sıfıra endirərək sazişin öz payına düşən hissəsini yerinə yetirəcəyinə dair söz verilib! Mən ona ABŞ-nin 250 illiyinə qədər vaxt verməyə razılaşdım, əks halda, təəssüf ki, onların tarifləri dərhal xeyli yüksək səviyyələrə qalxacaq", - Tramp bildirib.\\"Report" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!