Əgər İran müdaxilə etsə, bu dəfə Nil əvəzinə Aralıq dənizində dəfn ediləcəksiniz.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi bildirib.
O, İsrailin Azərbaycandakı səfiri Corc Dikin İran əleyhinə açıqlamasına cavab verib: Marqarita pizza
"Unutmayın ki, əgər İran müdaxilə edərsə, bu dəfə Nil çayının əvəzinə Aralıq dənizində dəfn olunacaqsınız.
İndiki mərhələdə sizə ancaq HƏMAS-ın cəsur döyüşçüləri kifayətdir. Siz hörümçək torundan belə zəifsiniz.
İndi bütün dünya sizə qarşıdır! Müsəlman, mərd və qeyrətli Azərbaycan xalqı, bütün dünya xalqları kimi, siz, irqçi işğalçılara nifrət edir".
Xatırladaq ki, İsrailin Bakıdakı səfiri Corc Dik bu yaxınlarda verdiyi müsahibədə bildirib: "İran bütün bölgəyə öz silahlarını və müxtəlif vəkillərini göndərir. HƏMAS, "Hizbullah", Yəməndə husilər, İraqda, Suriyada və hətta Azərbaycanda vəkil qüvvə yaratmağa çalışırlar".
Telegram kanalımız