“Ukrayna ilə Rusiya arasında sülh əldə ediləndən sonra Qərbə qarşı birgə məhkəmə iddiası qaldırılmalıdır”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Oleksiy Arestoviç deyib.
Rusiyalı müxalif jurnalist Yuliya Latıninaya müsahibəsində o əlavə edib: Dördpendirli pizza
"İndi Avdeyevka, Çasov Yar üçün bir-birimizi öldürəcəyik, yüzlərlə, minlərlə, on minlərlə qurban verəcəyik. Nəyə görə? Rusiya və Ukrayna bundan nə əldə edir? İki regional mərkəz minlərlə qurban verməklə nə qazanırıq? Tarixi baxımdan nə əldə etmişik? Ətrafımızı saran və əli bıçaqlı 2 meymunun bir-birinin üstünə atılmasını alqışlayan Vaşinqton və Brüsseldən olan dayıların xoşuna gəlirik? Axı, bu bizim nəyimizə lazımdır?!”
O. Arestoviç qeyd edib ki, Putinlə danışmaq, sülh bağlamaq, daha sonra Qərb ölkələrinə qarşı məhkəməyə müraciət edilməlidir.
Telegram kanalımız