“Artıq birinci prezidentdən məsləhət almırıq“ - Senat sədri

saytların hazırlanması

Evə çatdırılma

“Artıq birinci prezidentdən məsləhət almırıq“ - Senat sədri

Dünya

09 İyun 2022 16:24 904


“Qazaxıstanın yeni Konstitusiyasına əsasən, Nursultan Nazarbayev və onun ailə üzvlərinə bir sıra imtiyazlar ləğv olunub”.

Yenisabah.az xəbər verir ki. bunu jurnalistlərə açıqlamasında Senatınn sədri Maulen Aşimbayev deyib.

O bildirib: ““Yelbası”ya (millət lideri) gəlincə, biz Elbasa, onun ailə üzvlərinə şamil olunan normaları ləğv etmişik. Qazaxıstanın Birinci Prezidenti haqqında Konstitusiya Qanunu indi etibarsızdır”. Pepperoni pizza

Maulen Aşimbayevin sözlərinə görə, Qazaxıstanın birinci prezidenti N. Nazarbayev bu gün siyasətə qarışmır:

“Təbii ki, o, ölkə vətəndaşı kimi kütləvi tədbirlərdə, məsələn, referendumlarda, seçkilərdə iştirak edə bilər. Amma bir siyasətçi kimi, birinci prezident kimi Qazaxıstanın siyasətinə qarışmır və birinci prezidentlə məsləhətləşmirik. Hazırda hakimiyyətin bütün qolları, bütün dövlət orqanları öz səlahiyyətlərini qanunvericilik səviyyəsində həyata keçirirlər”.

Xatırladaq ki. İyunun 5-də Qazaxıstanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Əsas Qanuna dəyişikliyi seçicilərin 77,18 faizi dəstəkləyib.Təsdiq edilmiş dəyişikliklər iyunun 8-dən qüvvəyə minib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!