Arvadını öldürən kişi tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Arvadını öldürən kişi tutuldu 

Kriminal

29 Aprel 2024 09:27 623


Aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  Sezar pizza

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. 

Hazırda ibtidai istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!